Papuaşvili: “Saakaşvili əfv olunmayacaq” | VİDEO

Papuaşvili: “Saakaşvili əfv olunmayacaq”    | VİDEO
  07 İyul 2025    Oxunub:1186
Gürcüstan prezidenti Mixail Kavelaşvilinin seçkilərdə iştirak müqabilində siyasətçilərin əfv edilməsi təklifi respublikanın keçmiş prezidenti Mixeil Saakaşviliyə şamil edilməyəcək.
AzVision.az xəbər verir ki, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili belə bəyanat səsləndirib.

Bir neçə gün əvvəl Gürcüstan prezidenti Mixail Kavelaşvili məhəbsdəki müxalifət üzvlərinin oktyabrda keçiriləcək yerli seçkilərdə iştirak edəcəyi təqdirdə onların əfv olunacağını bildirmişdi.

“Əlbəttə, bu təklif Ukrayna vətəndaşlarına aid deyil”, - deyə Papuaşvili Saakaşvili üçün mümkün əfvlə bağlı sualı cavablandırıb.

Xatırladaq ki, bu ilin yanvar ayında Kavelaşvili andiçmə mərasimindən sonra Yepifaniya bayramı ilə əlaqədar 613 məhkumu əfv edib. Lakin əfv fərmanının hansı kateqoriyadan olan məhbuslara şamil edildiyi açıqlanmayıb. Bundan başqa, Gürcüstan prezidentinin fərmanı ilə 33 məhbus əfv olunub.


Sahil İsgəndərov
AzVision.az


Teqlər: Saakaşvili   əfv  



Xəbər lenti